“Mesnevi’de anlatılan hikâyeler, insanın kendini tanıması için bir ayna işlevi görür.”

Mesnevi Terapi / Nevzat Tarhan
Haydi dikenlikten dön, gül bahçesine gel!
Türkcə. 240 səhifə
Psixologiya, Bibliyoterapi, Tasavvuf, Özünü tanıma, Fərdi inkişaf, Vicdanî zəka, Ruh sağlamlığı
Mesnevi Terapi, Prof. Dr. Nevzat Tarhan tərəfindən Mevlana Cəlaləddin Rumi’nin Mesnevi əsərinin müasir psixologiya və psixoterapiya elmi çərçivəsində şərh edilməsi məqsədi ilə hazırlanmışdır. Kitabda Mevlana’nın hikmətləri klassik dini mətn kimi deyil, insan davranışlarını, düşüncə qəliblərini və emosional reaksiyaları izah edən psixoloji model kimi təqdim olunur. Müəllif bu yanaşmanı xüsusilə bibliyoterapi, bilişsel davranışçı terapiya (CBT), metakognisiya və emosional zəka nəzəriyyələri ilə əlaqələndirir. Kitabın əsas mərkəzində insanın özünü tanıması, daxili fərqindəlik qazanması və davranış məsuliyyəti inkişaf etdirməsi dayanır.
Əsərdə “vicdanî zəka” anlayışı əsas konsept kimi təqdim edilir və bu zəka növü insanın daxili səsini dinləməsi, etik dəyərlərə əsaslanaraq qərar verməsi və daxili-xarici məsuliyyət balansını qurması kimi izah olunur. Kitabda insan davranışlarının yalnız genetik və ya xarici amillərlə deyil, düşüncə tərzi, inanc sistemi və içsel motivasiya ilə formalaşdığı elmi əsaslarla göstərilir. Müəllif Mevlana’nın hikâyələrini psixoloji ayna kimi istifadə edərək oxucunun öz duyğularını, qorxularını, önyarğılarını və səhv düşüncə qəliblərini fərq etməsinə şərait yaradır.
Kitab struktur olaraq özünü tanıma, empati, ünsiyyət bacarıqları, motivasiya, problem həlli, stress və zaman idarəçiliyi, bağışlama, səbat, əməkdaşlıq və uzlaşma kimi psixoloji bacarıqları mərhələli şəkildə izah edir. Mesnevi Terapi, psixoloji sağlamlığı yalnız simptomların aradan qalxması kimi deyil, insanın daxili balans, mənəvi məsuliyyət və vicdan əsaslı həyat qurması kimi dəyərləndirir. Bu baxımdan əsər həm fərdi inkişaf, həm də ruh sağlamlığının qorunması sahəsində elmi və mənəvi mənbə kimi təqdim olunur
Kitab nə öyrədir?
Bu kitab oxucuya:
- Problemlərə qurban psixologiyası ilə deyil, məsuliyyətlə baxmağı
- Daxili səsini tanımağı
- Duyğularını idarə etməyi
- Bağışlama, səbr, empati və ümid bacarıqlarını
- Həyatı “niyə bu başıma gəldi?” yox, “buradan nə öyrənirəm?” sualı ilə oxumağı öyrədir
Niyə bu kitabı oxumalısan?
✔ Psixologiya ilə tasavvufu bir arada anlamaq üçün
✔ Daxili rahatlıq və mənəvi balans axtarırsansa
✔ Özünü tanıma yolunda dərin, amma anlaşılan mənbə istəyirsənsə
✔ Mevlana’nı sadəcə oxumaq yox, yaşamaq istəyirsənsə
✔ Müasir dünyanın stresinə köklü və sağlam cavab axtarırsansa

Bir Cevap Yazın