Ənənəvi Çin Təbabəti (ƏÇT)

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ənənəvi tibb (GT) anlayışını belə müəyyənləşdirir: “Xəstəliklərin müalicəsi və ya qarşısının alınması üçün tək və ya digər müalicə üsulları ilə birlikdə tətbiq edilir; bitkilər, heyvanlar və ya mineral mənşəli mənşəli dərmanlar, zehni müalicələr, əl üsulları və məşqlər kimi müxtəlif metodları özündə birləşdirən sağlamlıqla bağlı tətbiqlərə verilən addır.

Bu gün dünyada ənənəvi tibb sahəsində ən geniş yayılan Ənənəvi Çin Təbabətidir (ƏÇT). ƏÇT insanın sağlamlığını fiziki, əqli və mənəvi cəhətdən qiymətləndirir. O, insan sağlamlığına təbiətin bütün mürəkkəbliyi və çoxşaxəliliyi ilə əlaqəli bir fenomen kimi yanaşır. Bir çox anlayışın birləşdiyi və inteqrasiya olunduğu bu sistem artıq bütün dünyada qəbul olunmağa və istifadə olunmağa başlayıb.

Meridiyan sistemi ƏÇT-nin əsas məğzidir. Enerji bədənimizdə qan kimi dolaşır və axır. Bu enerji bloklandıqda və ya qeyri-mütənasib olduqda, mənfi əlamətlər və xəstəlik baş verə bilər. Şərq təbabətinin məqsədi Gi Gong kimi enerji müalicə üsulları vasitəsilə Qi dövranını və balansını optimallaşdırmaqdır

Meridian sistemini üç yuva qatını təsəvvür etməklə başa düşmək olar:

1. Enerji

Çin təbabətində təbiətin əsas enerji mənbəyi olan Qİ (Çi), kainatda yayılarak həyatı yaradır. Bütün canlılar üçün həyat mənbəyi olan Qi’nin yox olması ölüm demekdir.  Bu səbəbdən insan, sağlıklı olmaq üçün Qi enerjisine qarşı diqqətli olmalıdır. Eyni zamanda zəif balanslaşdırılmış Qi bir çox xəstəliklərin mənbəyi ola bilər. Balanslaşdırma yin və yang enerjilərinin tarazlığını təmin edir.Bu iki növ enerji, əksinə, bir-birini tamamlayır və bir-birindən asılıdır. Çin tibbi meridianında yaxşı sağlamlıq yin və yangın harmoniyasına əsaslanır. Yin və Yang, Qi-nin yayılmasından meydana çıxır. Baxmayaraq  ki, Qərb üçün olsa da Yin və Yang əks keyfiyyətləri təmsil edən anlayışlar olaraq qəbul edilir, əslində Yin və Yang statik dəyişməzliyi təmsil etmir, əksinə, qarşılıqlı təsirdə daim dəyişənləri təmsil edir. Bununla belə, Yang ümumiyyətlə ekstrovert, Yin isə introvertdir. Yang hərəkətliliyi, Yin dövranı, inkişafı və böyüməni təmsil edir. Digər həyati maddə olan Jing (mahiyyət, maddə/ruh) həzm və dövranı ilə əldə edilən və çoxalmanı təmin edən gücü təmsil edir. Yin, Yang və Jing bədəndəki bəzi izlər boyunca aparılır. Bu izlər qan damarları və daxili orqanları birləşdirən və Qi-nin sağlam olmasını təmin edən axın yollarıdır. Bəzən bu izlər qan damarları ilə,  bəzən də daxili orqanlarla birləşdirilir. Ancaq ƏÇT heç vaxt insana bir mexanizm kimi baxmamış və anatomiya biliyinin insanı anlamaq üçün yetərli olduğunu düşünməmişdir. Daha çox proseslə maraqlanmışdır. Bu səbəbdən ƏÇT-də  xəstəliklərə biotibbi yanaşma yoxdur, bunun əvəzinə holistik humoral yanaşma qəbul edilir.

ƏÇT-nin tibbi nəzəriyyəsində beş əsas orqan və beş köməkçi orqan müəyyən edilmişdir:  ürək, ağciyər, qaraciyər, dalaq və böyrək əsas orqanları təşkil edir, Yang tərəfindən simvollaşdırılır,  Fu adlanır. Köməkçi orqanlar mədə, nazik və yoğun bağırsaqlar,  sidik kisəsi və öd kisəsindən ibarətdir, Yin ilə təmsil olunur,  Zang adlanır. Hər biri orqanda Yin və Yang elementləri birlikdə mövcuddur. Yin Yang və Wu Xing ilə orqanlar daimi qarşılıqlı əlaqədədirlər.

2. Meridiyan

Meridiyanlar, qan dövranı sisteminin qanı daşıdığı kimi, bədənin müəyyən yollarından enerji axını yönləndirən kanallardır. Bədənin hər tərəfini altı meridian izləyir: üç yin və üç yang. Hər bir meridian müəyyən bir orqana uyğundur, lakin bu orqanın və onun ətrafındakı digər orqanların daha geniş funksiyalarını əhatə edir. Məsələn, böyrək meridianı sidik sağlamlığından məsuldur, lakin cinsi enerji daşıdığına və reproduktiv proseslərə də təsir etdiyinə inanılır.

3. Meridiyan sistemi.

Meridianlar bütün əsas orqan sistemlərini birləşdirir. Hər bir meridian bütün orqanizmin sağlamlığında xüsusi və mühüm rol oynayır. Meridiandan keçən enerji hər hansı bir şəkildə balanssızlaşarsa, onun enerji aldığı sistem pozulur və xəstəlik baş verə bilər.


GMworld sitesinden daha fazla şey keşfedin

Son gönderilerin e-postanıza gönderilmesi için abone olun.

Bir yanıt yazın

Trending

GMworld sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin

GMworld sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin