Yazı İşinin Təşkili Metodikası / Könül Aydın Nəhmətova

Azərbaycan Respublikası Təhsil Nazirliyi

Təhsil İnstitutu

Təhsil İşçilərinin Peşəkar İnkişaf Mərkəzi

Bakı, 2020.

Azərbaycanca. 98 səhifə

https://gmworldbook.com/wp-content/uploads/2024/02/eb8ee-kitab-mv.pdf-yazi-haqqinda.pdf

Azərbaycan dili fənninin kurikulum çərçivəsində Yazı məzmun xətti üzrə bilik və bacarıqlar ümumi şəkildə aşağıdakı kimi öz əksini tapmışdır:
“Yazı şagirdlərin duyğu və düşünçələrinin dil normalarına uyğun qaydada nəqli, təsviri və mühakimə xarakterli rabitəli mətnlər formasında ifadəsini təmin edir. Oxu prosesində qazanılan baçarıqlar yazı ünsiyyəti vasitəsilə genişləndirilərək qarşılıqlı əlaqəyə çevrilir. Yazı qoyulmuş hər hansı problem, yaxud mövzu ilə bağlı fikir və mülahizələrin müvafiq formada verilməsini, görülmüş işin hesabatının hazırlanmasını təmin edir. Ədəbi dilin normaları gözlənilməklə şagirdlərin tədqiqatçılıq və təşkilatçılıq bacarıqlarını nümayiş etdirməyə imkan yaradır”.


Yazı bacarıqlarının formalaşması fənnin digər məzmun xətlərindən ayrılıqda mümkün olmadığı üçün “Yazı işinin təşkili metodikası” vəsaitinin hazırlanmasında Azərbaycan dili fənninin yazı, qismən də oxu məzmun xətləri üzrə standartlar nəzərə alınmışdır.


Yazı məzmun xətti üzrə standartların tələbləri əsasında yazı işlərininn aparılmasının əsas vasitələri kimi yaradıcı və qiymətləndirici təlim formaları qəbul edilir. Yaradıcı fəaliyyət hazır biliklərin yazılı-məntiqi emalını tələb edir: planın tərtibi, konspektlərin, tezislərin hazırlanması, ideya və faktiki cəhətdən bir-biri ilə ziddiyyət təşkil etməyən mənbələrin ümumiləşdirilməsi və yaxud ziddiyyət təşkil edən mənbələrin səciyyələndirilməsi və s. Qiymətnləndirici təlim forması anlayışı altında isə şagirdlərin özlərinin və yoldaşlarının yazılı işlərini, yaxud digər müəlliflərin əsərlərini qiymətləndirmələri nəzərdə tutulur. Yuxarıda qeyd edilənlər nəzərə alınaraq metodik vəsaitdə interaktiv təlim prosesinin keyfiyyətli təşkili üçün zəruri olan nəzəri biliklər və bacarıqların formalaşdırılması üçün tövsiyələr əhatə edilmişdir.


GMworld sitesinden daha fazla şey keşfedin

Son gönderilerin e-postanıza gönderilmesi için abone olun.

Yorum bırakın

Popüler

GMworld sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin