- Sarımsaq və soğan güclü antiseptik və mikrobəleyhinə təsirə malikdir. Sarımsaq və soğanın efir yağları havanı çox yaxşı təmizləyir. 2-3 diş sarımsaq və 1 kiçik soğanı xırda doğrayıb kiçik nimçələrdə evdə qoyun.
- Üzərliyin tüstüsü evin havasını mikroblardan çox yaxşı təmizləyir. Hər gün üzərliyi yandırıb tüstüsünü evlərə verin. Evi mənfi enerjidən təmizləyir.
- Çay yağı, ağ şam ağacı yağı, evkalipt yağı güclü antiseptik vasitələrdir. Evə xüsusi aromalampa alın və hər gün bu yağlardan birini lampaya töküb yandırın.
Aromalampa yoxdusa pulverizatora 1 stəkan su və yarım çay qaşığı istənilən efir yağı tökün və bu pulverizatorun köməyi ilə evin havasını tez-tez nəmləndirin. - Ev bitkiləri də evin havasını çox yaxşı təmizləyir, nəmləndirir və oksigenlə zənginləşdirir. Ən faydalı bitkilər bunlardır: ətirşah, xlorofitum, əzvay (aloe), kalanxoe, limon, fikus. Evin aurasını yaxşılaşdırır.
- Sitrus meyvələri (portağal, mandarin, qreypfrut) və xüsusilə onların qabıqları mikrobları öldürən fitonsidlərlə zəngindir. Sitrus meyvələrin qabıqlarını atmayın. Qabıqları xırda doğrayıb evin müxtəlif yerlərində nimçələrdə qoyun.
Evin havasını VİRUS və MİKROBLARdan təmizləyən 5 TƏBİİ ÜSUL
1–2 dakika
GMworld sitesinden daha fazla şey keşfedin
Son gönderilerin e-postanıza gönderilmesi için abone olun.

Bir yanıt yazın