“Ben sana yeni inançlar vermek istemiyorum; sende zaten var olan hakikati uyandırmak istiyorum.”
Osho

Dikkat: Hakikat Çağı GeliyorBilinmeyeni Kabullenmek / Osho

Bilinçliliğe Uyanış

Türkcə. 249 səhifə

Orijinal adı: Danger: Truth at Work

Orijinal dil: ingilis dili

Janrı / növü: Ruhani inkişaf · Fərqindəlik · Şüur · Fəlsəfi düşüncə. Ruhsal gelişim · Farkındalık · Bilinç · Felsefi düşünce


Osho bu kitabda insanın yaşadığı daxili ziddiyyətlərin, qorxuların və narahatlıqların zahiri səbəblərdən deyil, şərtlənmiş düşüncə tərzindən qaynaqlandığını vurğulayır. Uşaqlıqdan etibarən bizə aşılanan düşüncə qəlibləri, sorğulanmadan qəbul edilən inanclar və hazır cavablarla yaşamaq insanı öz həqiqətindən uzaqlaşdırır. Osho-ya görə insanı əzab içində saxlayan həyatın özü deyil, həyata necə baxmağı öyrədildiyidir.

Məhz buna görə həqiqət təhlükəlidir — çünki o, insanı rahatladan yalanları, vərdiş edilmiş düşüncə formalarını və saxta təhlükəsizlik hissini sarsıdır. Həqiqət insanı oyadır və onu öz seçimi və məsuliyyəti ilə üz-üzə qoyur. Bu kitab oxucuya yeni inanclar təqdim etmir; əksinə, mövcud inancları sorğulamağa və dərk etməyə çağırır. Osho inanmağı deyil, görməyi və ayıq qalmağı təklif edir.

“Diqqət: Həqiqət Çağı Gəlir” oxucunu passiv izləyici olmaqdan çıxarıb, öz həyatının və şüurunun oyaq şahidi olmağa dəvət edən güclü bir çağırışdır.

Niyə bu kitabı oxumalısan?

Əgər sənə ötürülən fikirləri, inancları və “doğru”ları heç vaxt ciddi şəkildə sorğulamamısansa, bu kitab sənin üçün sarsıdıcı ola bilər. Diqqət: Hakikat Çağı Gəlir oxucunu təsəlli verməklə məşğul olmur; əksinə, şəxsi məsuliyyət, daxili azadlıqoyanıqlıq tələb edir. Bu kitab, rahat cavablar axtaranlar üçün deyil, sual verməyə cəsarəti olanlar üçündür.


GMworld sitesinden daha fazla şey keşfedin

Son gönderilerin e-postanıza gönderilmesi için abone olun.

Yorum bırakın

Popüler

GMworld sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin