
Nardugan (Nartugan) – Yenidən Doğuş Bayramı
Türklərin dirçəliş bayramı olan NARDUGAN (Nartuğan) adlı bayram dekabrın 21-də başlayıb, martın 21-də Novruz kimi başa çatır. Çünki martın 21-də gecə ilə gündüz bərabərləşir. Martın 21-də bahar gəlir, təbiət yenidən canlanır. Şam ağacı bəzəklərinin əhəmiyyəti də buradan qaynaqlanır. Çünki o, “Həyat ağacı” adlanırdı. Bu bayram əsrlər əvvəl Orta Asiyada qeyd olunan türklərin yeni ili idi.
Nardugan kəlməsinin mənası da bir o qədər anlamlıdır: Nar – Günəş, Tugan, Dugan isə Doğan deməkdir, yəni “Doğan Günəş” mənasındadır.

Türklərin monoteist dinləri qəbul etməzdən əvvəlki inanclarına görə yerin düz ortasında bir “ağ şam ağacı” vardır. Buna “həyat ağacı” deyirlər. Hazırda “həyat ağacı”nı motiv kimi xalçalarda, kilimlərdə və digər nəsnələrdə görə bilərik.
Məlumdur ki, türklər üçün günəş çox önəmlidir. İnanca görə dekabrın 21-də gecələr qısalıb gündüzlər uzanmağa başlayanda gecə-gündüz vuruşur. Uzun mübarizədən sonra gündüz gecəni məğlub edərək qalib gəlir. Türklər bu günəşin qələbəsini və yenidən doğulmasını “axşam şamı”nın altında böyük şənliklərlə qeyd edirlər. Günəşin yenidən doğulması “yeni doğuş” kimi qəbul edilir.

İnsanlar Ağacın ətrafına toplanır və dualar edirlər. Ağacın altına hədiyyələr qoyurlar ki, duaları qəbul olunsun, budaqlarına lent bağlayıb Allahdan o il üçün arzularını diləyirlər.
Bu bayram üçün evlər təmizlənir, gözəl paltarlar geyinilərək Ağacın ətrafında mahnı oxunulur, oyunlar oynanılır. Yaşlılar, babalar, nənələr ziyarət edilir, ailələr bir araya gəlir, birlikdə süfrə ətrafında toplaşırlar.
Ayaz Ata
Ayaz Ata Türk, Altay və Orta Asiya mifologiyalarında, xüsusilə Qazax və Qırğız türklərində və türkmənlərdə Soğuk Xan olaraq bilinir. Mifologiyaya görə, o, qışın soyuğunda peyda olan, evsizlərə, aclara kömək edən qəhrəman idi…

Ayaz Ata və Qar Qız…
Özbəklərdə Ayoz Bobo,
Qırğız dilində Ayaz Ata (Аяз Ата).
Qazaxlar arasında Ayaz Ata (Аяз Ата).
Azərbaycan türklərində Şaxta Baba,
Qış Babay tatarlar arasında,
Başqırdlar arasında Qış atası kimi tanınır və onun “Qar Qız” adlı bir qızı və ya nəvəsi də var.

Nardugan Bayramınız Qutlu olsun!

Yorum bırakın