Dağ başından duman əskik olmaz.

Uca, Əzəmətli və Əsrarəngizliyi ilə insanı valeh edən, özünə bağlayan, bəzən də yoran amma qarşılıqsız sevən, Səmaya qarşı dayanan möhkəm və əzəmətli….DAĞ. Səni sözlə tərif etmək, sənə olan sevgini ifadə etmək səni fəth etmək qədər məşəqqətlidir. Təbiətin sevgisi qarşılıqlıdır, safdır, öyrədicidir, daimidir. Bu sevgini hiss edən biri onun arxasınca gedəcəkdir yolu çətin olsa da…

 

11 dekabr “Beynəlxalq Dağlar Günü” kimi qeyd olunur.  BMT-nin qərarına əsasən 2002-ci il dünyada Beynəlxalq Dağlar ili adlandırılmışdır. Buna uyğun olaraq növbəti illərdə beynəlxalq səviyyədə dağlarla əlaqədar problemlərin həllinə diqqət artırılmışdır.

BMT-nin Baş Assambleyasının təşəbbüsünə əsasən 2003-cü ildən başlayaraq dünyada 11 dekabr Beynəlxalq “Dağlar Günü” kimi qeyd olunur. Dünyada hər il belə adlı günün keçirilməsinin məqsədi başlıca olaraq dağ sistemlərinin qlobal miqyaslı əhəmiyyətinin cəmiyyət qarşısında bir daha qaldırılmasıdır.

Bu il Beynəlxalq Dağlar Günü “Dağ ekosistemlərinin bərpası” devizi altında keçirilir.

Dağlar haqqında yazılmış kitablar:

  1. Ayağımın Altındakı Boşluq (Space Below My Feet) – Gwen Moffat
  2. Şotlandiyada Alpinizm (Mountaineering in Scotland) – WH Murray
  3. Dağçılık  – DR. öğr. üyesi Yıldırım Güngör
  4. Qar Bəbiri (The Snow Leopard) – Peter Matthiessen
  5. Dağ – Aysun Altındağ
  6. Dağlar və Külək– Sabahattin Ali
  7. Dağlar Yıxılanda – Cengiz Aytmatov
  8. Dağın Zirvəsindəki Oğlan – John Boyne
  9. Dağlar və İnsanlar – M.İlin
  10. Azadlıq Sənəti – Bernadette McDonald
  11. Buludların üzərində – Linda Wylie
  12. Dağlar Mənim Evimdir – Hermann Buhl
  13. Alpinistin Gündəliyi – Nasuh Mahruki
  14. Everestdə ilk Türk – Nasuh Mahruki
  15. Dağlarda – Mustafa Baki Efe

 

 


GMworld sitesinden daha fazla şey keşfedin

Son gönderilerin e-postanıza gönderilmesi için abone olun.

Yorum bırakın

Popüler

GMworld sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin