“Acı bir qəhvə 40 il boyunca unudulmaz”

5 dekabr Dünya Türk Qəhvəsi Günü kimi qeyd olunur.

Türk qəhvəsi 5 dekabr 2013-cü il tarixində Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmişdir. Bu tarixdən etibarən türk qəhvəsi mədəniyyətini və ənənəsini qorumaq məqsədilə hər il dekabrın 5-i “Dünya Türk Qəhvəsi Günü” kimi qeyd olunur.

Tarixi:

Qəhvənin Türkiyəyə gəlişi ilə bağlı bir neçə rəvayət mövcuddur. Bir mənbədə Kâtip Çələbi 1543-cü ildə qəhvənin İstanbula gəmilərlə gəldiyini və İstanbulluların qəhvə ilə tanış olduğunu qeyd edir.

Türk Qəhvə Mədəniyyəti və Araşdırma Dərnəyinin məlumatına görə, Yəmənin Fatehi Özdəmir Paşanın səfərdən qayıdarkən İstanbula qəhvə gətirdiyi barədə şayiələr yayılıb. Təbii ki, qəhvə İstanbuldakı ərəb təcrübələrindən fərqlənir və qovurma dərəcəsi, bişirilməsi və təqdimatı ilə bugünkü türk qəhvəsinə çevrilir.

Başqa bir hekayədə isə qəhvənin 1554-cü ildə iki suriyalı sahibkar tərəfindən İstanbula gətirildiyi deyilir.

Qəhvənin vaxtı, yeri və mənbəyi haqqında məlumat dəqiq olmasa da onun 1500-cü illərdə Yəməndən yola düşdükdən sonra Ciddə, oradan Süveyş və Misirə, oradan da gəmilərlə İstanbula və İzmir, Saloniki, Payas, Yaffa, Akka, Tripoli, Səidə və Antalya kimi digər Osmanlı şəhərlərinə çatdığı məlumdur.

 

Türk qəhvəsinin su ilə birgə təqdim edilməsinin səbəbi:

Şayiələrdə deyilir ki, Osmanlı dövründə evə qonaq gələndə ona qəhvə ilə bərabər su təqdim edilirdi. Əgər qonaq əvvəlcə suyu içirdisə, bu onun ac olduğunu bildirirdi. Ona görə də həmin şəxsə yemək təklif olunrdu. Əgər ki, qəhvəni ilk içsəydi, bu “tox olduğu” anlamına gəlirdi.

Qəhvə ilə su içməyin başqa bir səbəbi onun dadını daha yaxşı bilinməsidir. Qəhvədən əvvəl su içmək qəhvədən daha yaxşı həzz almağınıza kömək edir, qəhvədən sonra içdiyiniz su isə damağınızda qalan qəhvə zəmilərini təmizləyir.

 

Qəhvə ilə əlaqədar yazılmış kitablar:

  1. Türk Kahvesi, Kemalettin Kuzucu, M. Sabri Koz
  2. Kahve – Fincandan Lezzete, Cenk R. Girginol
  3. Kahvehane Kültürü, M. Cengiz Yıldız
  4. Kahve -Topraktan Fincana, Cenk R. Girginol
  5. Ahde Vefa, Cenk R. Girginol
  6. Anadolu’nun Kayıp Kahveleri, Naim Koca ve Atilla Narin
  7. Nitelikli Kahve Kitabı, Uğur Asilsoy
  8. Eski İstanbul Kahvehaneleri, Cem Sökmen
  9. Cumhuriyet Türkiyesinde Kahvehane ve İktidar, Serdar Öztürk
  10. Türk Kahvesi Kitabı, Emine Gürsoy Naskali
  11. Çekirdekten Fincana Kahve, Jonathan Morris
  12. Kahvenin Hikayesi, Stewart Lee
  13. Sade Türk Kahvesi, Clare Sheridan
  14. Türk Kahvesi Atlası, Semih Yıldırım
  15. Söhbetin Bahanesi Kahve, Deniz Gürsoy

 

Dünya Türk Qəhvəsi Gününüz Qutlu Olsun!

 

 


GMworld sitesinden daha fazla şey keşfedin

Son gönderilerin e-postanıza gönderilmesi için abone olun.

Yorum bırakın

Popüler

GMworld sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin