A.Məmmədov “Seçilmiş əsərləri”

Bu il, yəni 2023-cü il dəyərli dilçi alim, Pedaqogika üzrə fəlsəfə doktoru, dosent Akif Güləli oğlu Məmmədovun 70 illik yubileyidir. Yubiley ərəfəsində alimin ailəsinin təşəbbüsü ilə çap olunmuş “Seçilmiş əsərləri” adlı kitabın təqdimatı oldu. “Mütərcim” nəşriyyatında işıq üzü görən kitaba alimin tədris vəsaitləri, elmi-metodiki məqalələri, publisistik məqalələri, ayrı-ayrı dilçi, ədəbiyyatşünas və metodist alimlərdən götürdüyü müsahibələr daxil edilmişdir.

Akif Məmmədovun həmkarlarının və yaxınlarının iştirak etdiyi tədbirdə giriş hissəsini kitabın ön sözünün müəllifi, redaktoru və tərtibçilərindən biri professor Telman Cəfərov açaraq böyük alim və metodistin elmi fəaliyyəti və pedaqogika sahəsində əvəzsiz xidmətlərini, eyni zamanda pedaqoq haqqında xoş xatirələrini bölüşdü. Daha sonra Akif Məmmədovun həmkarları, ailəsi, dostları, yetirmələri onun haqqında maraqlı, kövrək, unudulmaz, xoş xatirələrini söylədilər. Çıxış edənlərdən Azərbaycan Universitetinin dosenti Səfər Məmmədov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti İlham Əhmədov, Bakı Slavyan Universitetinin dosenti Şəhla Əhmədova, Əməkdar müəllim İradə Nəbiyeva, onun yetirmələri və həmkarları Naibə Kərimova, Kərimova, Pərvanə Onurlu, Ruhəngiz Qəribova, Gülnar Əhmədova, Günel Məmmədova və digərləri Akif Məmmədovun nəinki elmi fəaliyyətindən, Azərbaycan dilçiliyində iz qoymağından danışdılar, eyni zamanda hər kəsin qəlbində xüsusi yer tutmuş dəyərli pedaqoqun  mehriban və həssas insan olduğunu xüsusi olaraq vurğuladılar. Yaradıcı müəllim, novator pedaqoq-alim Akif Məmmədovun Azərbaycan dilçiliyi elmində və publisistikasında həmişə öz dəst-xəttinin olduğu, gənc müəllimlərin, alimlərin yetişib püxtələşməsində əvəzsiz rolu olduğundan, hər zaman müəllimlərə dəstək olmasından danışan natiqlər öz çıxışlarında böyük alimin həm də dəyərli insan kimi işlədiyi kollektivdə daima hörmət və sevgi ilə qarşılandığını, sayılıb-seçildiyini vurğuladılar.

Sonda hər bir dilçinin stolüstü kitabı olacaq “Seçilmiş əsərləri”in nüsxələri təqdimat iştirakçılarına hədiyyə edildi.

Gülnar Əhmədova

Sədaqət xanım Məmmədova


GMworld sitesinden daha fazla şey keşfedin

Son gönderilerin e-postanıza gönderilmesi için abone olun.

Yorum bırakın

Popüler

GMworld sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin