Mən bir solmaz yarpağam ki, çiçəkləri bəzərim,

Mən bir susmaz duyğuyam ki, ürəkləri gəzərim.

Mən səninçün ömrüm boyu cəfalara dözərim,

Sənsiz güllər açılmasın, axar çaylar dayansın.

Oxu, bülbül, bəlkə yarım oyansın!..

Mən bir sönməz ulduzam ki, daim işıq saçarım,

Mən bir oynaq bülbüləm ki, güldən-gülə uçarım,

Mən bir saqlı aləməm ki, sevgilərdir açarım.

Sənsiz günəş görünməsin, qaralara boyansın,

Oxu, bülbül, bəlkə yarım oyansın!

Mən səninçün şəfəqlərdən süslü bir tac yaparım,

Yol ver mənə, gül dərmişəm, sevdiyimçün aparım!

Arar, arar, arar, arar, axır səni taparım;

Sənsiz solsun göy yarpaqlar, axar sular bulansın,

Oxu, bülbül, bəlkə yarım oyansın!

Cəfər Cabbarlı


GMworld sitesinden daha fazla şey keşfedin

Son gönderilerin e-postanıza gönderilmesi için abone olun.

Yorum bırakın

Popüler

GMworld sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin