Qandinin “Bütün insanlar qardaşdır” kitabını 20 ildir özümlə daşıyıram. Həyatımın çətin günlərində mütləqa bu kitabı təkrar- təkrar oxuyub ruhumu sakitləşdirmişəm.

Güntay Gencalp

Bütün insanlar qardaşdır / Mahatma Qandi

Azərbaycanca. 268 səhifə

Fəlsəfə.

“Dünyaya öyrədəcək yeni bir sözüm yoxdur. Doğruluq və qeyri-aqressiv siyasət dağlar qədər əski bir mövzudur.”

Mahatma Qandi, yalnız Hindistanın istiqlalı yolunda mübarizə aparmamışdır. O həm də bəşəri dəyərlər yolunda çalışmışdır. Öz nəfsini nəzarət altına alaraq, iradəsini gücləndirərək ölkəsinin azadlığı yolunda xalqını səfərbər etmişdir. “Qadınların tarix boyu əzilmiş hüquqlarını müdafiə etmək və Hindistan qadınlarını cəsarətləndirərək milli mübarizəyə qatmaq üçün özümü ruhən qadın etdim” söyləyən Qandi bəşərin və tarixin müəllimi olmuşdur. O, aralarında böyük ziddiyyətlər olan Hindistanın müxtəlif məzhəblərini milli hədəf uğrunda bir araya gətirə bilən və bu məzhəblərdə reform gerçəkləşdirən dahi islahatçı olmuşdur. Vətəninin istiqlalını dünya barışı istiqamətində düşünən tarixin istisna şəxsiyyətlərindən biri olan Qandi heç bir demokratiya təcrübəsi olmayan Hindistanı həm əsarətdən azad etmiş, həm də ölkəsində demokratik və dünyəvi dövlət qurmağı bacarmışdır. Ölkəsinin qurtuluşu yolunda qeyri-aqressiv mübarizə yolunu seçən Qandi 40 gün sürən ən uzun siyasi orucu ilə öz millətini səfərbər edərək İngiltərə müstəmləkəçiliyinə son verdi. Eyni zamanda Hindistanda uşaqların tərbiyəsi, qadın haqları məsələsini də bir an belə unutmadı. Oxucunun mənəvi dünyasını dərindən təsirləndirəcək olan bu kitabda tarixin ən böyük müəllimi olan Qandinin düşüncələri toplanmışdır.

Əsrlərdən əsrlərə böyük bir öyrətmən ortaya çıxar. Bu ərdəmli insanın ortaya çıxması üçün bəzən neçə əsr zaman lazım olur. Bu böyük ərdəmli şəxsiyətlər öncə öz yaşamlarında böyüklüyə əməl edirlər. Daha sonra başqalarına örnək olurlar. Qandi böylə bir öyrətmən idi. Bu kitabda toplanan Qandinin yazılı görüşləri Şri Krişna Kirpalani tərəfindən seçilmişdir. Bu kitab oxucuya Qandinin dünyagörüşünün necə biçimlənməsi və onun elmi yöntəmləri ilə ilgili gərəkən bilgini verəcəkdir. Qandi düşüncəsinin kökü Hindistanın doğrunu arayan dini uyqarlığının dərinliyinə dayanmaqdadır. Hindistanın heç bir şeyə bağlanmama, həyata sayqı ilə yanaşma, Tanrını tanıyıb bilmək üçün hər şeyi fəda etmə gələnəyi Qandi yaşamını dərindən etkiləmişdi. O, bütün ömrü boyunca doğrunu aramışdı və deyirdi: “Yaşam hərəkətdir və mənim bütün vücudum doğrunu axtarmağa adanmışdır.”

İçindəkilər:
Tərcüməçidən Ön Söz
Əski Hindistan Cumhurbaşqanı Rada Krişnandan giris
SÖz
Özkeçmişim.
Həqiqət və məzhəb
Araclar və amaclar
Ahimsa və ya qeyri- aqressivlik
Şəxsi ilkələr
Dünya barışı
Insan və teknoloji
Bolluq içində yoxsulluq
Demokratiya və xalq
Eyitim
Qadilar
Müxtəlif qonular
Sözlük

https://gmworldbook.com/wp-content/uploads/2024/02/9aac8-1981-butun_insalar_qardashdir-mahatma_qandi-guntay_gencalp-baki-2011-268s.pdf


GMworld sitesinden daha fazla şey keşfedin

Son gönderilerin e-postanıza gönderilmesi için abone olun.

Yorum bırakın

Popüler

GMworld sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin