“Mən istəyirəm ki, hamınız təbiəti qoruyanlar olasınız”
Heydər Əliyev

22 aprel Beynəlxalq Yer Kürəsi Günü kimi qeyd olunur. Bu bayram 22 aprel 2009-cu ildə BMT-in Baş Assambleyasının 63-cü sessiyasında təsis edilmiş və 2010-cu ildən başlayaraq hər il aprelin 22-si keçirilir. Baş Assambleyasının 63-cü sessiyasının sədri Migel d’Eskoto Brokman bildirmişdir ki, bu Beynəlxalq günün qətnamədə yer alması Yerin və onun ekosisteminin bizim evimiz olmasının, insanlığa həyat verməsinin təzahürüdür.
Qətnamədə həmçinin bildirilir ki, “Ana-Yer” termini bir çox ölkələrdə qəbul olmuşdur və insan, yer planeti və onun ekosistemləri arasındakı əlaqəni əks etdirir. BMT-in bütün üzv ölkələrinə, beynəlxalq və qeyri-hökumət təşkilatlarına “Beynəlxalq Ana-Yer kürəsi Günü”-nü qeyd etməyi tövsiyə edən Baş Assambleya, bu bayramın artıq hər il bir çox ölkələrdə qeyd olunduğunu diqqətə çatdırır. Şimal yarımkürədə Yer Kürəsi günü yazda, Cənub yarımkürədə isə payızda qeyd olunur. Bu ümumdünya aksiyasının əsas məqsədi cəmiyyətin və hər bir insanın Yerin problemlərinə, onun ətraf mühitinin problemlərinə diqqəti cəlb etməkdir.
Yer Günü “Planetimizə sərmayə qoyun” devizi altında qeyd olunur.
Hesablamalara görə, Yer Kürəsinin 4.5 milyard il yaşı vardır. Bu gün hər kəs öz həyətinin, küçəsinin yaşıllaşdırılmasında, abadlaşdırılmasında iştirak edə bilər. 22 Aprel Ana-Yer kürəsi Günü, yaz bərabərliyi günündə qeyd olunan Yer Günü kimi, planetin bütün yaşayış məskənlərində yaşayan hər bir sakinə bizim böyük ortaq evimizə minnətdarlıq etmək imkanı verir.
Ümumdünya Yer Kürəsi Gününün və ya Ağac Gününün tarixi XIX əsrin ikinci yarısına təsadüf edir. Belə ki, o dövrdə Amerika Birləşmiş Ştatlarının Nebraska ştatının sakini Corc Morton yaşıllaşdırma gününün keçirilməsini təklif edib və 1882-ci il 22 aprel tarixi Nebraska ştatında “Ağac günü” elan olunaraq bayram günü kimi qeyd edilməyə başlanıb. 1970-ci ildən isə ABŞ-da ekoloji fəallardan olan senator Geylord Nelsonun təklifinə əsasən ekoloji problemlərin həllinə, ətraf mühitin mühafizəsinə diqqəti artırmaq məqsədilə həmin günün adı dəyişdirilərək “Yer günü” adlandırılıb.
1990-cı ildən başlayaraq “Yer günü”nün əsas mövzusu təbii mühiti ilkin formada qoruyan Milli Parklara həsr edilib. Məqsəd, xüsusi mühafizə olunan təbiət ərazilərində mövcud olan problemlərə, həmin problemlərin həll edilməsi üçün real praktiki və maliyyə yardımının göstərilməsinə ictimaiyyətin diqqətini cəlb etməkdir.
Tədricən bu bayram beynəlxalq xarakter alıb, hazırki dövrdə 150-yə yaxın ölkədə, o cümlədən Azərbaycanda qeyd olunur. “Beynəlxalq Yer günü” ərəfəsində insanlar müxtəlif ekoloji tədbirlərdə iştirak etməklə ağaclar əkir, yaşıllıqlara qulluq edir, yaşadıqları əraziləri müxtəlif tullantılardan təmizləyir. Ekoloqlar ətraf mühitin sağlamlaşdırılmasına yönələn kütləvi aksiyalar keçirməklə əhalini ətraf mühitin mühafizəsi sahəsində daha fəal olmağa çağırır.
Təbiət haqqında yazılmış 7 kitab tövsiyəsi:
- Səssiz Bahar (Silent Spring – Rachel Carson)
- Dağın Mənim Tərəfim (My Side of the Mountain – Jean Craighead George)
- Dərin Zaman Səyahəti (A Deep Time Journey – Robert Macfarlane)
- Pinin Həyatı (Life of Pi – Yann Martel)
- Nə səbəbə Zehnimizin Vəhşi Təbiətə ehtiyac var (Why Our Minds Need the Wild – Lucy Jones)
- İmperatorlar arasında həyat (Life Among the Emperors – Lindsay McCare)
- Niyə Balıq mövcud deyil: Sevgi, İtki və Həyatın Gizli Nizam Hekayəsi (Why Fish Don’t Exist: A Story of Loss, Love, and the Hidden Order of Life – Lulu Miller)






Yorum bırakın