Od nə çəkdi, küldən soruş!Baş nə çəkdi, dildən soruş!İşə susuz barmaqların kədərini insan bilir.Nəğmələrin həsrətini bir qırılmış teldən soruş!Ömrün çətin yollarında daşa ləpir salsa ayaq,gün nə çəkdi,ildən soruş! Zülmətliyin möhnətini kor söyləsin!Bəm xalların fəryadını zildən soruş! Mən kölgəsiz bağ görmədim,El dərdi tək dağ görmədim.Gözlərini yumub açdım,Neçə dostu sağ görmədim Nələr çəkdi çaylaq daşıseldən soruş!Yollar uzun,…
Od nə çəkdi, küldən soruş! Baş nə çəkdi, dildən soruş! İşə susuz barmaqların kədərini insan bilir. Nəğmələrin həsrətini bir qırılmış teldən soruş! Ömrün çətin yollarında daşa ləpir salsa ayaq, gün nə çəkdi, ildən soruş! Zülmətliyin möhnətini kor söyləsin! Bəm xalların fəryadını zildən soruş! Mən kölgəsiz bağ görmədim, El dərdi tək dağ görmədim. Gözlərini yumub açdım, Neçə dostu sağ görmədim Nələr çəkdi çaylaq daşı seldən soruş! Yollar uzun, mənzil uzaq. Sərt daşlara dözmür ayaq. Dözsün gərək. Dözsün gərək. Kim zirvəyə qalxar, deyin, Yollar boyu hər pilləni birgünləri, yüzilləri qəlbimizlə, beynimizlə ömrümüzlə doldurmasaq. Mən yolçuyam Od nə çəkdi, küldən soruş! hansı şerim, hansı sözüm yaşayacaq məndən sonra? Mən bilmirəm, eldən soruş!
Yorum bırakın