Qadın, qadın?! Onu duymaq, duyurmaq istərkən 
Yaxar düşüncəmi bir şölə, bir zəhərli dikən.
Bütün həyatı çiçəkləndirən fəqət o... niçin
Niçin əzilsin o, bilməm niçin sürüklənsin?!
Qadın-günəş, çocuq-ay..nuru ay günəşdən alır
Qadınsız ölkə çapuq məhv olur, zavallı qalır
Qadın əlilə fəqət bəxtiyar olur şu cihan
O bir malak.. onu təqdis edər böyük yaradan.
O pək sevimli, gözəl, incə, nazlı bir xilqət,
Onun ayaqları altındadır faqət cənnət:
Qadın gülərsa șu issız mühitimiz güləcək
Sürüklənən bəşəriyyət qadınla yüksələcək.

GMworld sitesinden daha fazla şey keşfedin

Son gönderilerin e-postanıza gönderilmesi için abone olun.

Yorum bırakın

Popüler

GMworld sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin