1. Hər səhər idman edin. Günaşırı deyil, hər gün.
2. Hər zaman çalış. Beynin məşğul olsun. Bir işlərin dalınca qaç, onların həlli ilə məşğul ol.
3. Baş verənləri gündəlik izlə, hər şeydən xəbərin olsun. Xəbərlərə bax, kitab, qəzet oxu. Hər mövzuda özünü “update” (güncəllə) elə. Yeni dərc olunan kitablardan da məlumatın olsun, yeni açılan kafe və restoranları da, bu il hansı rənglər dəbdədir – bunu da bil.
4. Evlilik isə şərt deyil, bu məsələyə o qədər də beynini yorma. Gərəkli də deyil. Belə deyim: “One problem less” (1 problem əksik)
5. Övlad məsələsinə gəlincə… Burada axan sular durur. Övladın olsun. Birini bu qədər çox sevmək, onun məsuliyyətini daşımaq sadəcə onu deyil, səni də xoşbəxt edəcəkdir. Doğmayacaqsansa övladlığa götür. O zaman da sənin uşağın olacaq. Ya da mənəvi övladın olsun. Birini oxut, təhsil ver, gələcəyini qurmasına kömək et.
6. Gündə 1 dəfə ət ye. Mütləq meyvə və tərəvəz də olsun. Şirniyyat sevdiyimə görə, şirniyyatdan uzaq dur deyə bilməyəcəm.
7. Pozitiv qalmağı öyrən.
8. Bəzi şeyləri qəbul edəcəksən. Bütün qadınların səni sevməsi mümkün deyil. Bu da o deməkdir ki, bəzi qadınlara qarşı diqqətli olacaqsan.
9. Kişilərə gəldikdə isə eyni zamanda bir neçəsini sevməyəcəksin. Amma onlarda belə bir bacarığın olduğunu unutma.
10. Öldükdən sonra yaşamaq istəyirsənsə, gündəlik tut. O kiçik qeydlər, həm öz həyatının şahidi, həm də gələcəyə qalan məlumat mənbəyi olacaqdır. Məsələn, mənim atam bezmədən 60 il hər gün qeyd dəftərinə o gün baş verənləri yazmışdır. Hələ də onları oxuyuram və faydalanıram.

Yorum bırakın