
Tarixdə 14 fevral bir çox hadisələr ilə yadda qalıb. Mənə görə, qeyd olunası dəyərli anlardan biri məhz “Kitab Bağışlama Günü”dür. Bu günü sevgi ilə paylaşmaqla kitabın dəyərini uşaqlara və gənclərə bir daha xatırlatmış oluruq. Hər birimiz hədiyyə almağı və təqdim etməyi çox sevirik, hələ ki bu hədiyyə kitab ola, ikiqat həyəcanlı oluruq.
Günün tarixinə nəzər salsaq, ilk olaraq Böyük Britaniyada başlayan bu gün illər keçdikcə geniş vüsət alaraq dünyanın bir çox yerinə yayılmağa başladı və hazırda kitabsevərlər tərəfindən böyük həvəslə qeyd olunur. Bu hadisə 2012-ci ildə az maliyyələşdirilmiş ərazilərdə uşaqlar üçün kitablara ehtiyac olduğunu gördükdən sonra orijinal ideyanı düşünən “Ləzzətli Uşaq Kitabları” (Delightful Children’s Books) vasitəsilə Amy Broadmoore və oğlu tərəfindən başladıldı. Ana-oğul cütlüyü daha sonra günü inkişaf etdirmək üçün Zoe Toft ilə çalışmağa başladılar. Tədbiri yaratdıqdan və bununla bağlı işləri gördükdən sonra, onlar günü 2013-cü ildə hazırda həmin günün veb-saytını idarə edən Emma Perriyə təhvil verdilər. Sayt bu günü “uşaqların kitablara çıxışını və sevgisini artırmaq məqsədi daşıyan 100% könüllü təşəbbüs” olaraq təyin edir.
“Kitab Bağışlama Günü” böyük təşkil edilmiş tədbirlərə ev sahibliyi etməsə də, bunun əvəzinə könüllüləri öz xoş niyyətləri ilə hərəkət etməyə təşviq edir. Könüllülər və ya bayramı qeyd edənlər uşağa kitab hədiyyə etməyə təşviq olunurlar. Bu kitab sizin sevimli, oxumadığınız və ya uşağın sevəcəyini düşündüyünüz kitab ola bilər. Bu gün artıq 44-dən çox ölkədə rəsmi olaraq qeyd olunur.
Əziz kitabsevərlər! Günümüz qutlu olsun!



Kitab haqqında deyimlər:
Kitab sənin ilk dostundur.
M.Ə.Sabir
Kitab ruhu qidalandırır, insanı ucaldır və möhkəmləndirir.
U.M.Tekkerey
Kitablar olmasaydı, mən səfalət və alçaqlıq içində qərq olardım.
Maksim Qorki
Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.
V.Şekspir
Kitab hələ də müqəddəsdir mənim üçün. Söz hələ də mühüm və hərf hələ də müəmmadır.
Əlif Şəfəq
Çində ilk kitab (868) tərs relyeflə oyulmuş taxta bloklardan istifadə etməklə çap olunur. Oyulmuş bloklar mürəkkəbə batırılır və sonra kağıza yerləşdirilir.
Bəşər tarixində ilk dəfə olaraq metal lövhələrin köməyi ilə kitab çapetmə üsulunu tətbiq edən alman ixtiraçısı Johan Qutenberq olmuşdur. İlk kitab 1440-cı ildə çap olunmuş “Bibliya”-dır. Qutenberqin dahi ixtirası ondan ibarətdir ki, o, metal hərfləri tersinə olaraq qabarıq şəkildə hazırlayır ve daha sonra metaldan hazırlanan hərfləri kağız üzərinə çap edirdi. Kitab çapında hərəkətli metal lövhələrin tətbiqi inqilab yaradır və kitab çapı əvvəlcə Avropada, daha sonra isə dünyada geniş yayılmağa başlayır. Bir sözlə, kitab çapı renessans dövrünün açarı hesab olunur…
1744-cü ildə ilk uşaq kitabı işıq üzü görüb. John Newbery tərəfindən nəşr olunan “A Little Pretty” Cib Kitabının uşaqlar üçün sadəcə zövqlə oxumaq üçün hazırlanmış ilk kitab olduğuna inanılır.
1997 –ci ildə ilk elektron kitab və ya E-kitab (Rocketbook) buraxıldı. Rocketbook iki həvəskar oxucu olan Martin Eberhard və Mark Tarpenning tərəfindən yaradılmışdır. O, Amazona təqdim edildi, lakin uğursuzluğa düçar oldu və sonra Barnes & Noble tərəfindən alındı.

Yorum bırakın