Əvvəlcə belə bir hekayəni gec oxuduğum üçün təssüf hissi keçirirəm. Lakin gec olsa da oxuduğum üçün bir o qədər şadam.

“Şəkər Portağalı” avtobioqrafik povesti klassik Braziliya yazıçısı Jose Mauro de Vasconcelos’un uşaq ədəbiyyatına qatdığı ən gözəl nümunələrdən biridir . Əsər yaşından qabaq böyümüş, ailə şiddətinə məruz qalan 5 yaşlı bir uşağın həyata olan ideal baxışı üzərində qurulub . Əsərin qəhrəmanı olan Zeze ailəsindən görmədiyi sevgini, dostluğu bir şirin portağal ağacında və ilk önce dalaşdığı “böyüyəndə öldürməyi belə düşündüyü” bir adam da tapır. Özündə müxtəlif duyğuları birləşdirən bu əsəri oxuduğunuz zaman ailə sevgisinin uşaqlar üçün vacibliyini, ailədə gördüyü şiddətin yaratdığı travmaları, dünyaya onların gözündən baxmağı, öyrənəcək, onları daha yaxşı başa düşəcəksiniz. Əsər boyu atasının sevgisini qazanmaq üçün hər yola əl atan balaca Zeze aldığı son darbedə ümüdünü kəsir. Və bu səfər o, atasının sevgisini qazanmaq üçün deyil, atasını hər gün bir az daha az sevərək onu qəlbində öldürmək üçün mübarizəyə başlayır. Mənə görə duyğuları ilə bacara bilən bir insan belə bu hekayənin sonunda göz yaşlarına hakim ola bilməyəcəkdir.

Günay Şükürova

Psixoloji kitablar


GMworld sitesinden daha fazla şey keşfedin

Son gönderilerin e-postanıza gönderilmesi için abone olun.

Yorum bırakın

Popüler

GMworld sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin