Təlaşla yaşadığımız çağdaş dönəmdə hər zaman bayramlar diqqətimi cəlb edib, çünki bayramlar bir füsətdir sürətimizi azaldıb durmağa, ətrafımıza baxmağa, doğmalarımızı xatırlmağa və ən əsası nəfəs aldığımızı hiss etməyə.

 Qeyd olunası maraqlı bayramlardan biri də 6 fevral tarixidir. Bu günü maraqlı edən özünü “Amerikanın ən önəmli Olay eksperti” kimi müəyyənləşdirmiş Çikaqolu bir qadın Adrienne Sioux Koopersmithdir. Koopersmith 1900-dən çox bayram yaratdığını bildirir.

Koopersmith, təxminən 30 il əvvəl, evinin foyesində üzünə düyü ilə vuran bir soyguncu tərəfindən qarət edildikdən sonra, bir növ terapiya olarak bayramlar – ya da öz dili ilə desək, “holidates” – yaratmağa başladı.

CNN-nə müsahibəsində “Bu, mənim həyatımın bütün axarını dəyişdirəcək bir hadisə idi” deyən Koopersmith hücumun travması ilə mübarizə aparmaq üçün bayram sevgisi ilə birləşdirdiyi cizgi filmləri yazmağa və yaratmağa başlayıb.

Koopersmith tərəfindən “İltifat edin” günü 1995-ci il 6 fevral tarixində yaradılmışdı. Həmin soyuq fevral günündə Adrienne Çikaqoda avtobusa minərkən dayanacaqda olmayan birinin avtobusa saxlaması üçün əl salladığını gördü. Avtobus sürücüsü dayanacaqdan kənarda saxlayıb həmin adamı mindirdi. Bu hadisədən təsirlənən Adrienne avtobusdan düşərkən sürücüyə davranışının nə qədər səmimi və gözəl olduğunu vurğulayaraq iltifat etdi. Daha sonra evinə dönən Adrienne bu günü “İltifat edin” günü kimi qeyd etməyə qərar verdi, çünki ruhuna xoş gələn, qəlbini isidən bu davranışın 6 fevral tarixinin bir hissəsi olmasını istəyirdi.

 “İltifat” sözünün izahına baxsaq, lütfkarlıq, lütf, mərhəmət, etina, hörmət, ehtiram, hüsntəvəccöh, gülər üz göstərmə, xoş münasibət,  mərhəmət etmək, xeyirxahlıq göstərmək, yaxşılıq etmək, mərhəmət edib vermək,  xoş üz göstərmək, hörmət göstərmək, lütf etmək olaraq deməkdir. Araşdırmalar göstərir ki, iltifat almaq beynin motivasiya və mükafat sahəsini aktivləşdirir və təqdir görülən uşaqlar daha yaxşı motor bacarıqlarını inkişaf etdirir.  Birinə səmimi iltifat etmək həm qarışındakını, həm də iltifat edəni sevindirir, gününü xoş edir, eyni zamanda insan nəyi hiss edirsə, ətrafına onu da saçır. Səmimi, konkret və dürüst təriflər vermək yoluxucudur və pozitivliyi gücləndirir. O zaman gülümsəyərək yaxşılıq edən insanlara səmimi, xoş təriflər söyləyərək “İltifat Günü”ndə iştirak edək.

Mən – Gülnar M. Əhmədova 6 fevral tarixini özünəməxsus özəl və gözəl edən Adrienne Sioux Koopersmithə dərin təşəkkürümü bildirirəm.

“İltifat” gününüz mübarək olsun əziz insanlar! Bu gün ətrafınızdakı insanlara iltifat etməyi unutmayın!  

Gülnar M. Əhmədova


GMworld sitesinden daha fazla şey keşfedin

Son gönderilerin e-postanıza gönderilmesi için abone olun.

Yorum bırakın

Popüler

GMworld sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin